RU

“Neftçi” “Şamaxı”nı məğlub etdi

Misli Premyer Liqasınını 21-ci turunda daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Şamaxı"nı qəbul edib. 

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. "Neftçi"nin qələbə qolunu Emin Mahmudov vurub. O birinci hissəyə əlavə olunmuş 4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.

Günün ilk matçında "Kəpəz" "Sabah"ı 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.


Telegram kanalımız
Избранный
20
18
yenisabah.az

10Источники