RU

Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddəti uzadıldı

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddətini mayın 3-dək uzadıb.

APA  xəbər verir ki, qərarı hakim Lela Maridaşvili qəbul edib.

İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun qaçması riskinin artdığını, bu səbəbdən onun barəsində seçilmiş ekstradisiya həbs müddətinin uzadılmasını istəyib.

Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib.

Qeyd edək ki, ötən il noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
29
13
olaylar.az

10Источники