Aktiv transfer dövrü keçirən “Fənərbağça” “Srvena Zvezda”nın sağ cinah müdafiəçisi Oqnyen Mimoviçlə anlaşıb. 20 yaşlı futbolçu transfer danışıqlarını davam etdirmək üçün İstanbula gəlir.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun "Fənərbağça" ilə 4 illik müqavilə imzalaması gözlənilir.
Transferi haqda danışan 20 yaşlı sağ cinah müdafiəçisi dedi: "Qələbə mütləq vidalaşmaq üçün yaxşı bir yoldur. Asan deyil, amma ən azından qələbə ilə ayrılıram."
Fərid ASLAN
MİA.AZ