Bakı, TurkicWorld
Amerikalı astronavt Suni Uilliams 62 saat 6 dəqiqə ilə kosmosda ən uzun müddət gəzən qadın astronavt oldu.
TurkicWorld xəbər verir ki, bu haqda Beynəlxalq Kosmik Stansiya X sosial şəbəkəsində açıqlama verib.
Açıqlamada Uilliamsın, Peggy Whitsonun 60 saat 21 dəqiqəlik kosmos rekordunu keçdiyi bildirilib.
Qeyd edək ki, Ulliams və Uilmor ötən ilin 5 iyul tarixində Boeing-in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərildi.
Lakin Starliner-də yaranan texniki problem səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.
Təxminlərə görə, missiyanı üzərinə götürən SpaceX-in ehtiyat kapsulunun buraxılış tarixi təxirə salındığından və onların kosmosda qalması ilə əlaqədar iki astronavt martın sonu və ya aprelin əvvəlinə kimi Yerə qayıda bilməyəcək və stansiya təxminən 10 ay qalacaqlar.