RU

​“Barselona”dan Mourinyoya müjdə -

“Barselona” rəhbərliyi “Mançester Yunayted”in futbolçusu Markus Raşfordun transferindən imtina edib. Metbuat.az xəbər verir ki, Kataloniya nəhəngi futbolçu ilə danışıqları dayandırıb. Xarici KİV-lərin məlumatına görə, futbolçu özü “Barselona”ya transfer olmaq istəsə də, şərtlər uyğun olmayıb.

Qeyd edək ki, Markus Raşfordun adı “Fənərbaxça” və “Qalatasaray”la da hallanır. İddia edilir ki, “Fənərbaxça” komandanın ən çox qazanan futbolçularından olan Allan Saint-Maksiminin oyunundan razı deyil. Klub futbolçu ilə yollarını ayıraraq əvəzində cinaha bir transfer həyata keçirmək istəyir. “Qalatasaray”ın da Markus Raşfordla maraqlandığı irəli sürülür. Bildirilir ki, Markus Raşford Səudiyyə Ərəbistanından hazırda qazandığı maaşdan çox məvacib təklifi alsa da, rədd edib. Bildirilir ki, Raşford İngiltərə milli komandasında oynaya bilmək üçün Avropada qalmaq istəyir.

Избранный
4
metbuat.az

1Источники