RU

"Əl-İttihad" "Lokomotiv"in müdafiəçisini birdəfəlik aldı

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Moskva "Lokomotiv"inin müdafiəçisi Mario Mitacı birdəfəlik transfer edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "dəmiryolçular"ın mətbuat xidməti yazıb.

Mitai 2022-ci ilin avqustunda "Lokomotiv"ə keçib və 49 oyun keçirib. Cari mövsüm başlamazdan əvvəl balkanlı futbolçu icarə əsasında "Əl-İttihad"a keçib. O, yeni klubunda 15 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. 2024-cü ilin yayında Mitac Albaniya millisinin heyətində Avropa çempionatına yollanıb.

Избранный
12
90deqiqe.az

1Источники