RU

Aİ-nin xüsusi nümayəndəsi: Hələlik “Rosatom”a sanksiya tətbiq etməyi planlaşdırmırıq

Avropa İttifaqı (Aİ) hələlik Rusiyanın "Rosatom" Dövlət Şirkətinə qarşı sanksiyaların tətbiqini müzakirə etmir.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın “Silkway” telekanalına müsahibəsində Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O Sallivan bildirib.

“Hazırda şirkət ("Rosatom"- red) bizim sanksiyalarımıza daxil deyil. Gələcəkdə bunun olacağını istisna edə bilmərəm, hərçənd hazırda məsələ ilə bağlı heç bir müzakirə aparılmır. Atom Elektrik Stansiyasının tikintisinə dair kiminlə müqavilə bağlamaq tam şəkildə Qazaxıstan hökumətinin qərarıdır”, - o, Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi üçün potensial nüvə texnologiyaları təchizatçılarının “şort-list”inə “Rosatom”un da daxil edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Aİ nümayəndəsinin sözlərinə görə, qurum Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə 50 məhsul kodunu daxil etməyi planlaşdırır.

Избранный
50
3
report.az

10Источники