RU

Azərbaycanın neft kəmərləri Qazaxıstanın köməyinə çatdı- qabaqlayıcı siyasət belə olur...

Image

Azərbaycan hökumətinin ötən əsrin sonunda reallaşdırmağa başladığı enerji dəhlizinin uzaq perespektivlərə hesablandığı bir daha təsdiqləndi

İllərdir ki, Orta Asiya karbohidrogen ehtiyatlarının Avropaya ixrac edilməsi Rusiyanin inhisarında idi. Rusiya Orta Asiya ölkələrinin yüngül və parafini az olan neftini ucuz qiymətə alıb, parafini yüksək olan ağır Sibir nefti ilə qarışdıraraq Avropaya satırdı. 

Buradan da mənfəət görürən həmisə Rusiya olurdu. Çünki həm nefti ucuz qiymətə alırdı, həm də Sibir neftinə Orta Asiya nefti qarışdıqdan sonra tranzit məqsədi ilə kəmərə vurulan durulducu maddələrin həcmi azalırdı. Bununlada neftin maya dəyəri bir qədər də azalırdı.

Artıq sanksiyalar səbəbindən indi Rusiya heç öz neftini sata bilmir. Ona görə də Orta Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının ixracatının şaxələndirilməsi aktuallaşıb. Yəni bu ölkələr öz ehtiyatlarını satmaq üçün yeni bazarlar tapmalıdırlar. Burada isə əsas məsələ infrastrukturdur. Qazdan fərqli olaraq hazırda neftin tankerlərlə deyil, kəmərlərlə daşınması papulyardır. Çunki neftin kəmərlə tranziti daha ucuz başa gəlir. Amma dünyanın qaz bazarında hazırda mayeləşdirilmiş qaz daha papulyardır. Çünki dünyanın ən böyük qaz istehlakçıları - Avropa İttifaqı (Aİ) ölkələri yeni SVOT müqavilələrdə maye qaza üstünlük verirlər. Bunun iqtisadi əsaslandırılması ağılabatan deyil, çünki kəmərlə qaz tranziti maye qaz tranzitindən daha ucuz başa gəlir. Buna baxmayaraq Avropa Komissiyası Aİ ölkələrinə kəmərlə yeni qaz idxalı müqavilələri bağlamağı qadağan edib. Yalnız bu səlahiyyət müstəsna hallarda Avropa Komissiyasının özünə aiddir. Məsələn, Azərbaycanla Cənub Qaz Dəhlizinə dair müqavilə Avropa Komissiyası ilə bağlanıb. 

Artıq Rusiya üzərində neft ixracı məhdudlaşdıqdan sonra Orta Asiya petrol ehtiyatlarının Azərbaycan üzərindən Avropaya nəqli aktuallığını bir qədər də gücləndirməkdədir. Bu Azərbaycan hökumətinin əsrin əvvəlindən reallaşdırmağa başladığı enerji dəhlizinin uzaq perespektivlərə hesablandığını bir daha təsdiqləyir.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.

SOCAR-ın məlumatına görə, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.

2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan Respublikası ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

Qazaxıstanın təkcə Tengiz neft yatağında 2-3 milyard ton neft-qaz ehtiyatlarının olması güman edilir. Hətta bəzi ölkədaxili mənbələrdə Qazaxıstanın neft ehtiyatlarının miqyasının liderlər sırasında ən qabaqçıl mövqedə olması səslənməkdədir. Lakin böyük neft ehtiyatları bu ölkənin müvafiq resurslarının ixracı məsələsində əngəllər törədir. Bu məqsədlə Qazaxıstan dövləti yeni neft kəmərlərinin inşasında maraqlıdır. O, bu kəmərləri Avropaya, Rusiya, Xəzər dənizi, İran vasitəsilə çıxarmağa və hətta Çinə nəql etməyə belə hazırlaşır. Neft hasilatı burada hazırda 55 yataqda təmin edilir. Bunlardan da Mangistaun və Atırau vilayətlərində ümumi neftin 60%-i hasil edilir. Ölkənin quru sahələrində 7,8 milyard ton neftin olması güman olunur və bunun da 65-70%-i Xəzər hövzəsinin payına düşür. Daha iri ehtiyatların, 13 milyard ton şərti-yanacağın Xəzər dənizinin Qazaxıstan sektorunda olması ehtimal edilir. 

Dünyanın 9 nəhəng neft şirkəti Xəzərin Qazaxıstan sektorundakı şelfində seysmik göstəricilərə əsaslanan axtarış-kəşfiyyat işləri aparır. 

"Kaştana" neft yatağınınn ölçülərinin 'Tengiz" yatağından 2 dəfə böyük olması güman edilir. Kommersiya dəyərindən daha çox siyasi əhəmiyyət daşıyan bu layihə regional potensiala sürət verəcək və böyük dövlətlərin Xəzərə olan siyasətində dəyişikliklərə gətirəcəkdir. 

Qazaxıstan hökuməti iqtisadiyyatın, xüsusən də neft sənayesinin yenidən təşkili üçün çox mühüm addımlar atmışdır. Aparılan islahatlar neft sənayesində köklü dəyişilliklərə səbəb olmuşdur. Burada ehtiyatların istismarı üçün lisenziyalaşdırılmış kontrakt sistemi müvəffəqiyyətlə həyata keçirilir. 90-cı illərdə bu ölkənin neft-qaz sənayesinə 3 milyard dollardan çox xarici sərmayə qoyulmuşdur. Qazaxıstan 2015-2020-ci illərdə hətta ən pis mütəxəssis rəyinə görə belə illik neft hasilatını 120 milyon tona çatdıracaqdır ki, bunun da yarısı dəniz yataqlarında hasil ediləcəkdir.

Qazaxıstanın hasilat potensialı tam reallaşdıqdan sonta onun Transxəzər neft kəmərinə ehtiyacı daha da artacaq. Transxəzər neft kəmərini Qazaxıstan və Türkmənistan müştərək də reallaşdıra bilər. Amna hələlik Rusiya buna razılıq vermir, Xəzər dənizinin ekoloji durumunu buna bəhanə gətirir. Lakin Rusiya son zamanlar müxtəlif səviyyələrdə Xəzərin dibi ilə İrana neft və qaz kəməri çəkmək fikrini səsləndirməkdədir. Əgər Rusiya tərəfindən belə bir layihə reallaşdırılacaqsa, onda Orta Aziya dövlətlərinin də Transxəzər kəmərinə sözsüz ki, yol açılacaq. Hazırda isə Qazaxıstan neftinin BTC ilə tranziti ildən-ilə artacaq.

Akif NƏSİRLİ





Избранный
35
baki-xeber.com

1Источники