Rusiya yanvarın 31-də axşam saatlarında Odessaya raket hücumu edib.
Publika.az xəbər verir ki, hücum nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Odessada güclü partlayış səsləri eşidilib. Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib ki, Rusiya Odessanın tarixi mərkəzini raketlərlə vurublar.
Odessa meri Gennadi Truxanovun sözlərinə görə, UNESCO-nun qorunan ərazisində dağıntı qeydə alınıb. Güclü mühafizə altında olan binaya ziyan dəyib.