ABŞ-da təyyarənin qəzaya uğradığı ərazidən 41 nəfərin meyiti tapılıb.
Axar.az xəbər verir ki, bu barədə ərazinin yanğınsöndürmə rəisi Con Donnelli məlumat yayıb.
O bildirib ki, 28 nəfərin şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, yanvarın 30-da Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi və hərbi helikopter toqquşub. Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə 3 hərbçinin olduğu bildirilir.
Qəza nəticəsində sağ qalanların olmadığı iddia edilir.