Qulaq, mədə, döş qəfəsi və sidik yollarının infeksiyalarını müalicə etmək üçün geniş istifadə olunan Bactrim adlı antibiotiklə bağlı bütün dünyada narahatlıq yaranıb.
Uşaqlarda infeksiyaların müalicəsində tez-tez istifadə edilən antibiotiklər ölümlə nəticələnə biləcək ciddi yan təsirlərə səbəb ola bilər. Mütəxəssislər vəziyyətin dərmanın immunitet sisteminə stimullaşdırıcı təsirindən qaynaqlandığını bildiriblər.
2021-ci ildə aparılan bir araşdırma, Bactrim qəbul edən hər üç xəstədən birinin öldüyünü və 20%-nin ağciyər transplantasiyasına ehtiyac duyduğunu göstərdi. Qida və Dərman İdarəsi (FDA) dərmanın etiketinə "ciddi ağciyər mənfi təsirləri" haqqında xəbərdarlıq əlavə etdi.
Nyu-York ştatında yaşayan 12 yaşlı Emmi Belluççinin həyat mübarizəsi dərmanın xüsusilə gənc xəstələrdə tənəffüs çatışmazlığına səbəb ola biləcəyini göstərdi. Bu hadisədən sonra FDA Bactrim-i satışdan çıxarmaq qərarına gəldi. .
Hər il ABŞ-da Bactrim müxtəlif bakterial infeksiyaları müalicə etmək üçün təxminən 3 milyon insan tərəfindən istifadə olunur.
Əziz Mustafa, Oxuməni.az