RU

Fidan və Lavrov Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Məlumatı XQ “Anadolu”ya istinadən yayıb. 

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, nazir Fidan rusiyalı həmkarı Lavrovla telefon danışığı zamanı regional hadisələri və Suriyadakı vəziyyəti müzakirə edib.

Söhbət zamanı hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi və əhatəli siyasi keçid prosesinin vacibliyi vurğulanıb.

P.ƏMİRCANOV
XQ

 

Избранный
40
11
xalqqazeti.az

10Источники