RU

Ukraynada həm də super güclərin "böyük xəzinə" davası gedirmiş

Qərb Ukraynada strateji əhəmiyyətli resursları itirə bilər. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Çaxkna “National Interest” jurnalı üçün yazdığı məqalədə bildirib.

"Ukrayna ABŞ-yə titan və manqanın əsas ixracatçılarından biridir və burada onlardan Amerika aerokosmik, polad və avtomobil sənayesində istifadə olunur",-o, qeyd edib.

Estoniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukraynanın kritik mineralları indiki cəbhə xəttinə son dərəcə yaxın yerləşir. Əgər bu sərvətlər Rusiyanın əlinə keçsəydi, Moskva “böyük xəzinə” əldə edərdi.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Viktor Mujenko vurğulamışdı ki, Kiyev dörd regionun Rusiyanın əlinə keçməsi ilə təbii ehtiyatlarının yarısını itirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural

Избранный
11
news365.az

1Источники