RU

“İnsanlar bezib”

Britaniyanın “The Guardian” qəzeti yazır ki, Ukrayna ordusunda “dezertiriya böhranı” var. 24 fevral 2022-ci ildə Rusiyanın hücumu ilə başlayan müharibədə Ukrayna əsgərləri tükənmə həddinə çatıb. Hesabatda dəqiq sayı bilinməsə də, minlərlə əsgərin öz hissələrini tərk etdiyi vurğulanır.

155-ci Mexanikləşdirilmiş Briqadanın 56 əsgəri ötən həftə Fransada təlim keçərkən yoxa çıxıb. Kiyev administrasiyası da hadisə ilə bağlı araşdırmalara başlayıb və bölmənin komandiri Dmitri Riyumşin həbs edilib. Günahı sübuta yetirilərsə, Riyumşini 10 ilə qədər həbs cəzası gözləyir.

Bildirilir ki, Ukraynanın əsgər çatışmazlığı pik həddə çatıb və Rusiya ordusu bu zəiflikdən istifadə edərək şərq cəbhəsində irəliləyiş əldə edir.

Kimliyini qorumaq üçün “The Guardian”a adını Viktor olaraq dəyişdirən ukraynalı qaçqın, “Hamı yorğundur. Əhval dəyişib. İnsanlar küçələrdə əsgərləri qucaqlayırdılar. İndi onlar hərbi xidmətə çağırılacaqlarından narahatdırlar”, – deyib.

Dekabrda Ukrayna lideri Vladimir Zelenski tərəfindən hərbi ombudsman vəzifəsinə təyin edilən Olha Reşetilova problemin ciddi olduğunu etiraf edir: “Açığını deyim, problem böyükdür. Bu, üç il ərzində böyük bir müharibə keçirdiyiniz zaman təbii bir nəticədir. İnsanlar bezib. Onlar ailələrini görmək istəyirlər. Övladları valideynsiz böyüyür. Münasibətlər pisləşib. Həyat yoldaşları bir-birlərini əbədi gözləyə bilməzlər. Onlar özlərini tənha hiss edirlər”.

Hüquq müdafiəçisi Reşetilova hərbi ombudsman vəzifəsində dövlətin tələbləri ilə ayrı-ayrı şəxslərin ehtiyaclarını tarazlamağa çalışdığını deyib: “Bizdə köhnə sovet mirası var, orada əsgər öz komandirinin qulu olub. Ancaq Ukrayna ordusu yenilənir. Biz onu dəyişdirməyə, daha müasir və insan yönümlü etməyə çalışırıq”.

Zelenski dekabrın 8-də bəyan edib ki, Ukrayna 2022-ci ilin fevralından bəri 43 min əsgər itirib. Təxminən 370.000 Ukrayna əsgərinin yaralandığı və daha minlərlə əsgərin ən azı bir əzasını itirdiyi təxmin edilir. “BBC Rusiya” Moskva adına döyüşlərdə həlak olanların sayının 89 minə yaxın olduğunu bildirib.

Избранный
35
vaxt.az

1Источники