RU

Şabranda mühasib qalmaqalı-SİYAHI-İkinci yazı

Şabranda mühasib qalmaqalı-SİYAHI-İkinci yazı

 Məlumat üçün bildirək ki,  “Şabran İcra hakimiyyətində mühasib qalmaqalı-İşdən çıxarılan sertifikatsız mühasiblər kimin vasitəsi ilə işə düzəldi?” başlıqlı yazı ictimaiyyət arasında, xüsusi ilə Şabranda böyük marağa səbəb olub. Redaksiyanın qaynar xəttinə çoxsaylı zənglər gəlib.

Şabran şəhəri üzrə icra nümayəndəsi redaksiyaya zəng vuraraq bizi məhkəməyə verəcəkləri ilə bağlı hədə-qorxu gəlib. Qeyd edir ki, siz başçını tanımırsınız, onun yuxarılarda kimlərlə əlaqəsi olduğunu bilsəniz Şabranın özünə yox, heç yanından da keçməyə cürət eləməzsiniz. Bəli, biz isə redaksiya olaraq Azərbaycanın hüquqi dövlət olduğunun, Dövlətin İlham Əliyev kimi bir Müzəffər komandanının varlığını ona xatırladaraq araşdırmalarımızı davam edəcəyimizi bildirdik. 

Qeyd edək ki, Şabran rayon icra hakimiyyətinin “mühasib” ƏMƏLİYYATI BARƏDƏ yenidən ciddi məlumatlar göndərilib. İnzibati ərazi dairələri üzrə təyin olunmuş və ya çıxarılıb sonradan vəzifəyə qaytarılmış mühasiblər barədə ilginc siyahı daxil olub.  

Siyahıda 18 nəfərin adı yazılıb. Bura Icra hakimiyyətinin mühasibi lham Mahmudovu da əlavə etsək acınacaqlı mənzərə yaranır. Siyahıda bir yer isə vakant yer kimi təqdim olunur. 

1. Şabran üzrə İnzibati Ərazi dairəsinin mühasibi-Xəlilov Paşa

2. Ağbaş İnzibati Ərazi dairəsinin mühasibi-Məcidova Aytəkin

3. Ağalıq İnzibati Ərazi dairəsinin mühasibi-Güliyev Mətləb

4. Əmirxanlı İnzibati Ərazi dairəsinin mühasibi-Vəliyev Etibar

5. Dəvəçi İnzibati Ərazi dairəsinin mühasibi-Cəfərov İkram

6. Taxtalar İnzibati Ərazi dairəsinin mühasibi-Əliyev Əliyar

7. Gəndov İnzibati Ərazi dairəsinin mühasibi-Tacəddin Eşqin

8. Pirəbədili İnzibati Ərazi dairəsinin mühasibi-Hacıyev Asim

9. Çuxurəzəmi  İnzibati Ərazi dairəsinin mühasibi-Əliyev Fikrət

10. Rəhimli İnzibati Ərazi dairəsinin mühasibi-Orucov Elşad

11. Çölquşçu İnzibati Ərazi dairəsinin mühasibi-Əhmədov Sədrəddin

12. Qarabağlı İnzibati Ərazi dairəsinin mühasibi babayev Sahib

13. Zeyvə İnzibati Ərazi dairəsinin mühasibi Məmmədov Əlişah

14. Düzbilici İnzibati Ərazi dairəsinin mühasibi-VAKANT

15. Qorğan İnzibati Ərazi dairəsinin mühasibi-Məmmədov Cavad 

16. Uzunboyad İnzibati Ərazi dairəsinin mühasibi-Kərimova Bəsti

17. Çaraq İnzibati Ərazi dairəsinin mühasibi-İbrahimov Seymur

18. Şahnəzərli İnzibati Ərazi dairəsinin mühasibi-Əliyev Mehrac

Biz ötən yazılarımızda yazmışdıq ki, şöbə müdiri Nəsimi Mirzəyev mühasiblərin niyə kabusuna çevrilib?

 Doğrudan da qısa bir zaman kəsiyində mühasiblər çağırılıb, onların qarşısına şərtlər qoyulur və vaxt verilir. 

 Ya şərti yerinə yetirməli, ya da işinizlə vidalşmalısınız. Bu birbaşa başçının göstərişidir deyə hər bir mühasiblə ayrı-ayrılıqda danışan şəbə müdiri bununla kifayətlənməyib. Fürsət düşmüşkən başçının tapşırıqlarından istifadə edib özünün də şəxsi tapşırıqlarını ona əlavə edib. Mühasiblər düşüblər əl ayağa. Mal satan, dana satan, kredit alan, maşın satan, borca düşən hərə bir tərəfə qaçıb. (Bu barədə də araşdırmalar var-sonra)

 Mühasiblərdə elə bir xof yaradılıb ki, işziz qalacaqlarından qorxub dərhal tələbləri yerinə yetirməli idilər. 

 Onlar başa düşmürdülər ki, yanvar ayının əvvəllərindən etibarən sertifikasiyadan keçə bilməyən mühasiblər işdən azad olunacaqlar kimi məlumatlar bilərəkdən yayılmışdılar. Dərk etmirdilər ki, bu çirkin oyunun peşəkar hakimi şöbə müdiri elə Nəsimi Mirzəyevin özüdür

 Bəli, bu hakimin peşəkarlığı icra hakimiyyətində mühasiblər arasında böyük səs-küy yaratmışdı. O, bunu bacara bilmişdi. 

 Əvvəlcə mühasiblərin işdən çıxarılması barədə informasiya yaydırır, bunun ardınca isə qanunun tələblərini önə çəkilib, xəbərdarlıqlar edir.

   Qeyd etmək yerinə düşər ki, bu çirkin oyunda əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. 

Siyahıdan da görünür ki, 18 nəfər mühasib yerinin yalnız biri vakant yer kimi bildirilir. 

Qanunvericiliyin tələbinə görə işdən azad olunanların yerləri barədə dərhal vakansiya verilməli olduğu halda, təəssüflər olsun ki, bu Şabran rayon icra hakimiyyətində baş verməyib.

 Nədənsə icra hakimiyyətinin daxilində baş verən şübhəli əməliyyat  sirr olaraq saxlanılıb. Məlumata görə, sonrakı hadisələrin gedişi onu göstərir ki, vakansiyaların verilməmə səbəbləri elə şöbə müdiri Nəsimi Mirzəyevin göstərişi əsasında olub. Bu da birbaşa əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması və vəzifə mövqeyindən sui-istifadə kimi qiymətləndirilir.  

 İşdən azad olunan yerlərə əslində vakansiya verilməli olduğu halda, çox keçmir ki, verilən qərar, yəni işdən çıxarılan bir neçə mühasinb barədə qərar dəyişdirilir. 

   İşə yenidən qayıdan mühasiblərin qara qaşına və ya savadına, yaxud böyük təcrübəsinə kim “aşiq oldu ki, onları öz yerlərinə bərpa elədilər. Hələ üstəlik, sertifikat və digər sənədlər tələb olunmadan. Görünür işə düzələn mühasibin savadı yox, digər keyfiyyətləri çöbə müdirinin marağını önə çəkə bilib. 

  Şöbə müdiri Nəsimi Mirzəyevin həzmrabesindən keçmək üçün işə düzələn mühasib nələri qurban verdi?

  Bu barədə də geniş araşdırma olacaq. İcra başçısının bu işlərdə nə kimi rolu var? Başçı niyə şöbə müdirinin bu “qalmaqallı mühasib” əməllərinə müdaxilə etmədi? Şöbə müdirinin hansı “jesti” başçını bu müdaxilədən çəkindirdi

(Ardı var)

Subut Mehdiyev,

İnsan hüquqları müdafiəsi mərkəzi, jurnalist

 

 


Избранный
11
azia.az

1Источники