FIFA Klublararası Dünya Çempionatının rəsmi topunu təqdim etdi – Foto
Beynəlxalq Futbol Federasiyası (FIFA) “Adidas” şirkəti ilə 2025-ci ilin yayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək FIFA Klublararası Dünya Çempionatının rəsmi oyun topunu təqdim edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qarşıdan gələn FIFA Klublararası Dünya Çempionatı tarixdə 21-ci və altı qitə konfederasiyasından 32 klubun iştirak etdiyi yeni formatda ilk turnir olacaq. Final 13 iyul 2025-ci ildə Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” Stadionunda keçiriləcək. Qeyd edək ki, klublararası dünya çempionatının hazırkı qalibi “Mançester Siti”dir. 2023-cü ildə İngiltərə klubu finalda Braziliyanın “Fluminense” klubunu məğlub edib.