Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.
Son Yazılar:
- Oğurluqda şübhəli bilinən 2 şəxs SAXLANILDI
- “Mingəçevir” ev oyunlarını Zaqatalada keçirəcək
- DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.