Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub.
APA-nın yerli bürosu xəbər verir ki, nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
![Qəbələdə](https://apa.az/storage/news/2025/february/01/small/679de3f2743bc679de3f2743bd1738400754d351607c39f9ad820f3de049a1faeda8.jpeg)
![Qəbələdə](https://apa.az/storage/news/2025/february/01/small/679de3f2b3afc679de3f2b3afd1738400754d586d429d25d82fb2c06990680e712ce.jpeg)