Şair-bəstəkar Xanım İsmayılqızının səhhətində problem yaranıb.
Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "İncə səhər" verilişində açıqlamasında deyib. Bəstəkar bildirib ki, ötən il baş tutan “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsindən sonra vəziyyəti pisləşib:
"Yanvardan iyuna kimi konsertə hazırlıq vaxtı. Oldu. Ağır və gərgin həyatım oldu. Ondan sonra səhhətimdə problemlər yarandı. 6 aydır səhhətimlə mübarizə aparıram. İndi tam da olmasa, bir az özümə gəlmişəm. Onurğa problemim var idi. Bu günümə şükür edirəm, oturub, müsahibə verirəm. Bayaqdan bu da mümkün deyildi, yataqda idim".