Newsek xəbər verir ki, Şimalı koreyalılar Ukrayna cəbhəsinə getməmək üçün hərbi komisarlıqlarda rüşvət verib hərbi biletlərinə "vərəm xəstəsi" yazdırırlar.
"Radio Free Asia"-nın Şimali Koreyadakı mənbələrinə görə, xəstəxana işçilərinə saxta vərəm arayışı almaq üçün rüşvət vermək ötən il 100 dollar idisə, indi beş dəfə artaraq 500 dollara çatıb, çünki getdikcə daha çox ailələr övladlarını Rusiyaya göndərilməkdən qorumağa çalışır.
Müqayisə üçün bir məqamı qeyd etməliyik, Şimali Koreyada maaşlar 3-6 dollar arasındadır.
"Radio Free Asia"-ya məxfi müsahibə verən Şimali Koreya sakini deyib: "Əgər uşaqlarımız hərbi xidmətə gedib Rusiyaya göndərilsələr, valideynlər onları bir daha sağ görməyəcəyindən qorxurlar".
Ukraynada əsir düşmüş Şimali Koreya əsgərinin sözlərinə görə, onlar Rusiyaya göndəriləcəkləri barədə əvvəlcədən məlumatlandırılmayıblar, hətta kiminlə döyüşəcəklərini belə bilməyiblər. Şimali Koreya əsgərləri Rusiya ordusuna qoşulmaq əmri alanda şoka düşüblər.
Ölkə daxilində hökumət həlak olan əsgərlərin ailələrinə "vətən naminə müqəddəs döyüş zamanı şəhid olublar" yazılmış ölüm şəhadətnamələri təqdim edir, lakin onların ölümünün həqiqi səbəbini açıqlamır.
Döyüşlərə qoşulduqdan cəmi bir neçə həftə sonra çaşqın vəziyyətdə olan Şimali Koreya əsgərləri və vətəndaşları niyə Ukrayna ilə müharibə apardıqlarını sorğulamağa başlayıblar. Onlar uşaqlıqdan ABŞ-ı baş düşmənləri kimi tanıyıblar, lakin indi yeni düşmənin Ukrayna olması onları yumşaq desək təəccübləndirib.
Kamran Cəfərov
visiontv.az