"Arçelik" 2024-cü ildə 1,69 milyard TL (55 milyon dollar) mənfəət bəyan edib.
Valyuta.Az xəbər verir ki, şirkət ötən ilin IV rübündə 108,3 milyard TL (3,5 milyard dollar) satış edərək illik 19% artım əldə etsə də, satışlar rüblük müqayisədə 3% azalıb.
2024-cü ilin ümumi satışları 2023-cü illə müqayisədə 15,4% artaraq 428,5 milyard TL-yə (13,8 milyard dollar) yüksəlib. Şirkət il ərzində 15,8 milyard TL (510 milyon dollar) xalis pul qazanıb (2023: 22,7 milyard TL / 730 milyon dollar). IV rübdə faiz, vergi və amortizasiya öncəsi mənfəət (FAVÖK) 4,8 milyard TL (155 milyon dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir. 2024-cü ilin ümumi FAVÖK göstəricisi 22,9 milyard TL (740 milyon dollar) olub və bu, 25%-lik geriləməyə işarə edir.
"Bloomberg"in hazırladığı xəbərə görə, rüblük əsasda FAVÖK marjası 142 baza bəndi azalaraq 4,4%-ə düşüb (2024-cü ilin ümumi göstəricisi: 5,2%, 2023: 7,9%). İlin son rübündə orta metal qiymətlərinin artması marjlara təzyiq göstərsə də, plastik qiymətlərindəki azalma bu təzyiqi müəyyən qədər yumşaldıb. Bundan əlavə, ümumi mənfəət marjasının daralması və Avropa ilə MENA bölgəsindəki müqavilələrdən sonra artan işçi xərcləri marjlara mənfi təsir göstərən digər amillər olub.
Ümumi mənfəət marjası isə artan rəqabət və avro/dollar məzənnəsindəki dəyər itkisi səbəbindən azalıb. 2024-cü ildə artan xalis borc və azalan FAVÖK səbəbindən xalis borc/FAVÖK nisbəti 2,53x-dən 3,80x-ə yüksəlib.
Şirkət 2025-ci ildə Türkiyədəki əməliyyatlarında sabit dinamikanın qorunacağını, beynəlxalq əməliyyatlarında isə 15%-dən çox artım gözlədiyini bildirib. Həmçinin, 2025-ci ildə 6,5%-dən yüksək FAVÖK marjası və 300 milyon avro həcmində sərmayə xərcləri planlaşdırdığını açıqlayıb.
Rəhim