RU

Gənc oğlan sevgilisini maşına mindirdi, sonra arxa oturacaqda...

Bakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Sahib sevgi münasibətində olduğu Xuramana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 25 oktyabr 2024-cü ildə Qaradağ rayonu, Ümid qəsəbəsində baş verib.

Sahib həmin qəsəbədə yolun kənarında mübahisə zamanı “Mersedes” markalı avtomobilinin arxa salonunda Xuramanın başına zərbə vurub.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ittiham üzrə özünü təqsirli bilib. İzahatında göstərib ki, Xuramanla qeyri-rəsmi münasibətləri olub: “Son zamanlar o, münasibətlərə son qoymaq istədiyini bildirirdi.

Oktyabrın 25-də saat 10:20-də Ümid qəsəbəsindən maşınımla keçəndə Xuramanı gördüm. Ondan hara getdiyini soruşdum. Sahil qəsəbəsində işi olduğunu bildirdi. Ona birlikdə getməyi təklif etdim, razılaşıb maşına mindi.

Избранный
25
3
publika.az

7Источники