RU

Ağcabədidə partlayışda xəsarət alanların vəziyyətləri açıqlandı - TƏBİB

31 yanvar 2025-ci il tarixində Ağcabədi rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda onlarən vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.


Müəllif: Teleqraf.com
Избранный
7
1
teleqraf.com

2Источники