RU

"İnter" futbolçusunu icarəyə verdi

İtaliyanın “İnter” klubunun kanadalı futbolçusu Tajon Buchanan mövsümü İspaniyada başa vuracaq.

Teleqraf.com xəbər verir ki, İspaniyanın "Vilyareal" klubu Milan təmsilçisinin 26 yaşlı futbolçusunu icarəyə götürüb.

Yarımmüdafiəçi cari mövsümün sonuna qədər La Liqa təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Buchanan "İnter"ə 2024-cü ilin yanvarında Belçikanın "Brügge" komandasından keçib.


Müəllif: Teleqraf.com
Избранный
23
teleqraf.com

1Источники