![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/trend_mezahir_penahov_msk.webp)
Məntəqə daxilində çəkiliş aparan bəzi insanların etirazlarını görürük. Onlara deyirik ki, insanların məntəqə daxilində çəkiliş aparmaq ixtiyarı yoxdur. Onlar üçün biz bu şəraiti yaratmışıq.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
“Harada yazılıb ki, insanlar məntəqələrdə çəkiliş apara bilərlər? Biz onlar üçün müəyyən şərait yaratmışıq, amma bəziləri elə davranırlar ki, bu sanki onların konstitusion hüququdur”, - deyə M.Pənahov bildirib.
MSK sədri əlavə edib ki, media nümayəndələrinin də heç bir icazə almadan seçki məntəqəsinə daxil olmaq hüququ yoxdur:
“Biz onlar üçün bu şəraiti yaratmışıq. Mən bəzi görüntülərdə görürəm, məntəqənin işinə mane olurlar”.