Azərbaycan Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb.
hakimiyyet.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Oyunda hesab 29-cu dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alexandro Serrano fərqlənib. 45+2-ci dəqiqədə qırmızı vərəqə alan Kauan Martins qərb təmsilçisini meydanda azlıqda qoyub. Qonaqları məğlubiyyətdən xilas edən qola isə Madi Queta imza atıb. 82-ci dəqiqədə baş zərbəsi ilə rəqib torunu silkələyən oyunçu "dənizçilər"ə 1 xal qazandırıb.
36 xalı olan "Turan Tovuz" dördüncü, 16 xala malik "Səbail" isə sonuncu - onuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
09:37
Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
hakimiyyet.az xəbər verir ki, günün ilk görüşündə "Turan Tovuz" "Səbail"i sınağa çəkəcək. Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.
"Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.
Günün digər görüşündə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da çalınacaq.
Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, 21 xalı olan "Sumqayıt" isə altıncı yerdə qərarlaşıblar.
Misli Premyer Liqası
III dövrə, XXI tur
1 fevral
16:00. "Turan Tovuz" - "Səbail"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu.
18:30. "Sumqayıt" - "Araz-Naxçıvan"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.