RU

Kurban Berdiyev və Cavid Hüseynovdan heç-heçə şərhi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”ə qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabıyla yekunlaşmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Oyunçularımı xəbərdar etmişdim ki, çətin vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı, yekunda qırmızı vərəqə aldı”.

Kurban Berdıyev heyətdəki itkilərdən də söz açıb:

“Karyeramda ilk dəfədir ki, bu qədər müdafiəçimiz sıradan çıxır. Emmanuel Hakmanın durumuna gəlincə, belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik”.

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə səfər oyunundakı heç-heçəyə belə şərh verib:

“Tovuzda olmaq mənim üçün çox xoşdur. Buranı çox sevirəm. Futbolçu vaxtı ilk addımlarımı burada atmışam, məşqçi kimi də burada çalışmışam. Həddən artıq güclü komandaya qarşı oynayırdıq. Son transferlər güclərinə güc qatıb. Rəqiib ciddi təhlil etmişdik. İki fərqli hissə izlədik. Qələbə qazanmağı çox istəyirdik. Amma Bakıya 1 xalla qayıdırıq. Səhvlərmiz var. Onların üzərində işləyəcəyik. Oyun baxımından inkşaf edirik. Hələ qarşıda 15 tur var. İnanıram ki, yuxarı pillələrdə ola bilərik”.

Избранный
31
arena.az

1Источники