RU

Abşeronda vətəndaşın həyətini kanalizasiya suları basdı - Heç bir tədbir görülmədi VİDEO

Kanalizasiya suları həyətə dolub, üfunət baş çatladır...

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Abşeron rayonundan, Natavan Əliyevaya məxsus həyətdəndir.

Ev sahibi Natavan Əliyeva deyir ki, mənzilə köçdüyü gündən ciddi çətinliklərlə üzləşib. Hər gün kanalizasiya suları həyətinə dolur. Antisanitar vəziyyət yaranıb, üfunət baş çartladır.

Ev sahibinin sözlərinə görə, mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti quruma da müraciət edib. Lakin problem hələ də həllin tapmayıb.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələdən xəbərdardırlar.

Qurumun baş mühəndisi Ramil İbadov qeyd etdi ki, həmin ərazidə həyət suyunun kənarlaşdırııması üçün nəzərdə tutulan boru səviyyə baxımından kanalizasiya şəbəkəsindən nisbətən aşağıdadır. Bu səbəbdən də vətəndaşın həyətinə su dolur. Ev sahibi ilə də bu barədə söhbətlər aparılıb və vəziyyət izah olunub. 26-cı məhəllədə kompleks işlərin görülməsi üçün gələcəkdə tədbirlər planı həyata keçiriləcək və sözügedən problem də öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
27
xezerxeber.az

1Источники