RU

Super Liqa: “Başakşəhər” 4 qola sevindi, “Trabzonspor” xal itirdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Kayserispor” – “Trabzonspor” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Hatayspor” – “Antalyaspor” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. “Başakşəhər” isə doğma meydanda “Samsunspor”u 4 cavabsız qolla məğlub edib.

22-ci turun qalan görüşləri fevralın 2-də və 3-də keçiriləcək.

Türkiyə, Super Liqa
22-ci tur
31 yanvar

Eyüpspor – Sivasspor 1:0
Qol: Tiam, 89.

Konyaspor – Bodrumspor 3:1
Qollar: Y.Erdoğan, 6. Kramer, 36; 55 – Slovik, 69-öz qapısına.

1 fevral

Hatayspor – Antalyaspor 2:3
Qollar: Butobba, 30. V.Abubakar, 64-pen – Samudio, 22. Van de Strek, 39. Safuri, 86.

Kayserispor – Trabzonspor 0:0

Başakşəhər – Samsunspor 4:0
Qollar: Pyontek, 19; 58; 69. Davidson, 86.

2 fevral

14:30. Adana Dəmirspor – Kasımpaşa
17:00. Göztəpə – Alanyaspor
20:00. Fənərbağça – Rizəspor

3 fevral

21:00. Qaziantep – Qalatasaray

Избранный
28
3
arena.az

4Источники