RU

ABŞ paytaxtı qəfil siçovulların istilası ilə üzləşdi

Riçmond Universitetinin amerikalı alimləri dünyanın böyük şəhərlərində siçovulların sayının sürətlə artdığını qeyd ediblər.

Publika.az xəbər veri verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Komanda Şimali Amerika, Avropa və Asiyanın 16 şəhərinin məlumatlarına baxıb, onlardan 11-də gəmirici populyasiyalarının artdığını görüblər. Siyahıya Vaşinqton başçılıq edir, siçovulların sayı Bostondakından üç dəfə, Nyu Yorkdakından isə 50% çoxdur. Sonrakı yerləri San Fransisko, Toronto və Amsterdam tutub.

Alimlər siçovul populyasiyasının artımını iqlim dəyişikliyi ilə əlaqələndirirlər. İstiləşmə siçovulların aktiv dövrünü uzadır, onlara ildə bir neçə dəfə çoxalmağa imkan verir.

“Qış qısalırsa və yaz tez gəlsə, siçovullara yemək tapmaq və çoxalmaq üçün əlavə bir ay verir. Dişi siçovullar hər ay səkkizdən 16-ya qədər bala çıxara bilirlər, nəticədə onların sayında eksponensial artım olur”, - tədqiqatın aparıcı müəllifi Jonathan Riçardson izah edib.

Siçovulların insanlarla yanaşı inkişaf etməsinə kömək edən digər amillərə urbanizasiya və artan əhali sıxlığı daxildir.

Избранный
12
1
publika.az

2Источники