Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev 2025-ci il yanvarın 31-də Sərəncam imzalayıb.
Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.