RU

Liqa 1-də 3 oyuna 18 qol

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Hər biri məhsuldar alınan bu görüşlərdə qapılara bütövlükdə 18 qol vurulub. Belə ki, “Brest” – PSJ matçında qonaqlar darmadağına seviniblərsə, “Lill” evdə “Sent Etyen”ə böyük hesabla qalib gəlib. Altı qolluq “Monako” – “Oser” matçında da meydan sahibləri inamlı qələbəyə seviniblər.

20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
20-ci tur
31 yanvar

Monpelye – Lans 0:2
Qollar: Nzola, 1. Aqbonifo, 61.

1 fevral

Brest – PSJ 2:5
Qollar: Del Kastilyo, 50. Ayorke, 71 – Dembele, 29; 57; 62. Q.Ramos, 89; 90+7.

Monako – Oser 4:2
Qollar: Kehrer, 35. Bieret, 57; 63; 65 – Diomande, 38. J.Junior, 45+7-pen.

Lill – Sent Etyen 4:1
Qollar: C.David, 32-pen. Sahraui, 63; 78. Qudmundsson, 72 – Davitaşvili, 6-pen.

2 fevral

18:00. Tuluza – Nitsa
20:15. Anje – Havr
20:15. Reyms – Nant
20:15. Renn – Strasburq
23:45. Olimpik (Marsel) – Olimpik (Lion)

Избранный
29
arena.az

1Источники