“Aston Villa” PSJ-dən Marko Asensionun keçidini artıq rəsmiləşdirmək üzrədir.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Real Madrid”in sabiq futbolçusu İngiltə klubunun əsas hədəflərindən biri idi. “Aston Villa” həmçinin "Mançester Yunayted"in ulduz futbolçusu Reşford ilə də anlaşıb. Bundan başqa, hücum xəttini gücləndirmək üçün israrlı olan "Aston Villa" klubu “Çelsi”dən Joao Feliksi transfer etmək üçün danışıqlar aparır.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində Liqa 1-də 12 matçda meydana çıxıb. Onun aktivində 2 qol və 4 məhsuldar ötürmə var.