RU

Əş-Şara Suriya Prezidenti kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək

Əhməd əş-Şara Suriyanın keçid dövrü Prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

 

Bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.

 

Məlumata görə, o, fevralın 2-də Ər-Riyada gedəcək. Səfərlə bağlı başqa təfərrüat açıqlanmır.

 

Qeyd edək ki, əş-Şara yanvarın 29-dan başlayaraq Suriya Prezidenti səlahiyyətlərini icra edir.

Избранный
66
6
senzor.az

7Источники