RU

ABŞ-də daha bir böhran: Alim və həkimlər qorxuya düşüblər

Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, tibbi tədqiqatlarda lider mövqeyə malikdir, lakin federal maliyyələşdirmənin bu yaxınlarda dondurulması bu sahədə ciddi narahatlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ferra portalı mənbələrə istinadən yazır.

"Tramp administrasiyası yeni sərəncamlara əməl olunmasını təmin etmək üçün bütün federal qrant və kreditləri müvəqqəti olaraq dayandırıb", - məlumatda deyilir.

Qeyd olunur ki, bəzi regionlar maliyyələşməni bərpa edə bilib, universitetlər və tədqiqat institutları isə gələcəkləri ilə bağlı “qeyri-müəyyənlik” içindədirlər. Bir çox alim və həkim klinik sınaqların dayandırılması, ödənişsiz tədqiqatçılar və “illərin boş yerə getməsi” də daxil olmaqla, baş verə biləcək nəticələrdən narahatdır.


Müəllif: Pərvin Cəfərova
Избранный
16
teleqraf.com

1Источники