![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/orban.webp)
Yanvarın 1-də Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlinə dair müqavilənin müddəti başa çatdıqdan sonra Avropada yeni böhran yaranıb.
Macarıstanın baş naziri Viktor Orban açıqlamasında Rusiya qazının Ukrayna ərazisilə Avropaya daşınması və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına toxunub.
Rusiya ilə sazişi yenidən canlandırmaq üçün Aİ-ni hədələyən Orban deyib ki, əgər Brüssel Rusiya qazının Ukrayna üzərindəm nəqlinə yenidən başlamasına kömək etməsə, biz də Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalarının həyata keçirilməsinə mane olacağıq.
Ukraynanın Rusiya qazının tranzitini dayandırmasının və qiymətlərin artmasının qəbuledilməz olduğunu deyən Orban bildirib ki, Macarıstanın bu həftə Aİ-dən enerji təhlükəsizliyi ilə bağlı zəmanət istəməsinin səbəbi də məhz budur: “Avropa Komissiyası ukraynalıların Rusiya qazının tranzitini bərpa etməsi məsələsini həll edəcəyi sözünü verdi. Əgər komissiya razılaşdığımız məsələni həll etməsə, sanksiyalar dayandırılacaq".
TAHİR