RU

Gənc müəllimlər təltif olunub – Lənkəran-Astara regionu üzrə

Gənc müəllimlər təltif olunub – Lənkəran-Astara regionu üzrə

 

“Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm.”
                                                                              İlham Əliyev

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. 
Tədbirdə idarənin rəhbərlik və əməkdaşları, Lerik, Yardımlı, Cəlilabad, Lənkəran, Astara və Masallı rayon təhsil müəssisələrinin gənc müəllimləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov və başqaları çıxışlarında bildiriblər ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti müxtəlif sahələrdə gənclərin potensialının üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edib: “Müasir dövrdə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların tətbiqi gənclərimiz üçün əsas hədəflərdən biridir. Təhsil isə bu yolda ən vacib amildir. Ölkəmizdə həyata keçirilən islahatlar, müasir məktəblərin və ali təhsil ocaqlarının yaradılması, xaricdə təhsil proqramları, müxtəlif təqaüd layihələri və gənclərə verilən dəstək savadlı və vətənpərvər gəncliyin formalaşmasında mühüm rol oynayır. Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncləri öz potensialını tam şəkildə reallaşdırmaq, təhsil almaq, yeniliklərə imza atmaq və ölkəmizin inkişafına töhfə vermək imkanı qazanır...”
Çıxışçılar əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar. 
Sonra regionda səmərəli fəaliyyəti ilə fərqlənən gənc təhsil işçiləri təltif olunublar. 

 

Akif AĞAYEV

Избранный
21
qht.az

1Источники