RU

İmişlidə torpaq qatının şoranlaşmasının qarşısı almaq üçün işlər aparılır

İmişli rayonunda torpaq qatının şoranlaşmasının qarşısı almaq üçün işlər aparılır.

Aznews.az xəbər verir ki , bu məqsədlə rayon ərazisində əsasən torpaq üzlüklü kanallar beton üzlüyə alınır.

Qeyd edilir ki, bunun nəticəsində su sahələrə itkisiz çatır. Eyni zamanda torpaq qatının şoranlaşmasının qarşısı alınır.

Rayon ərazisində mövcud olan kanalların 430 kilometri beton üzlüklüdür. Hazırda rayonun Qaralar və Muradallı kəndləri ərazilərində 280 hektar sahəyə xidmət göstərən və uzunluğu 5 600 metr olan su kanalında betonlanma işləri davam etdirilir.

Избранный
16
3
aznews.az

4Источники