RU

Prezident mükafatına layiq görüldüyüm üçün çox xoşbəxtəm - Vüqar Məmmədzadə

Bakı. Trend:

Prezident mükafatına layiq görülməyimdən əvvəlcədən xəbərim yoxidi. Bir neçə zəngdən və təbriklərdən sonra mən hələ anlayabilmirdim ki, bu nəyin təbrikidir.

Bu sözləri Trend-əPrezident mükafatına layiq görülən gənclərdən biri olan, filmbəstəkarı Vüqar Məmmədzadə təəssüratlarını bölüşərkən deyib.

O qeyd edib ki, tanışları təbrik üçün zəng edəndə bunun nə üçünolduğunu bilmirdi:

“Daha sonra linklər göndərdilər və gördüm ki, Prezidentmükafatına layiq görülən gənclər arasında mənim də adım var. Bu,çox sevindirici haldır. Düşünürəm ki, bir ölkənin möhkəmlənməsi,güclü olması və daima inkişaf etməsi üçün nəyinki gənclərin,ümumiyyətlə, hər bir sahənin, xüsusən də xalqa, dövlətə fayda verənvə onun gücünü artıran sahələrə yönələn diqqət çox önəmlidir.Prezident İlham Əliyev lazımlı olan bütün sahələrə diqqət və qayğıilə yanaşır”.

Vüqar Məmmədzadə bildirib ki, Prezident mükafatına layiqgörüldüyü üçün çox xoşbəxtdir.

“Mən sevinirəm və çox xoşbəxtəm ki, Prezident mükafatına layiqgörülmüşəm. Buna görə dövlətimizin başçısına minnətdaram. Prezidentİlham Əliyevin diqqət və qayğısını hiss etmək bizi daha faydalıolmağa, gördüyümüz işlərə daha da məsuliyyətlə yanaşmağa vadaredir”- deyə o əlavə edib.

Избранный
20
1
az.trend.az

2Источники