Livanla İsrail arasında atəşkəs müddəti uzadılıb.
Parol.az xəbər verir ki, tərəflər atəşkəs razılaşmasının təxminən 3 həftə daha uzadıldığı elan ediblər.
Bu haqda Ağ Evin yazılı açıqlamasında deyilir. Açıqlamada qeyd olunur ki, ABŞ-nin nəzarətində olan Livan və İsrail arasında barışıq 18 fevral 2025-ci ilə qədər qüvvədə qalacaq.