RU

Gürcüstanda GƏRGİNLİK: paytaxtdan çıxış qismən bağlandı

"Tbilisi Mall" ticarət mərkəzinin girişinə toplaşan etirazçılar Gürcüstanın paytaxtından çıxışı qismən bağlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Agentliyin məlumatına görə, mitinqə bir neçə yüz adam toplaşıb. Onlar əsasən ticarət mərkəzinin mərkəzi girişində cəmləşsələr də, sonradan yol boyu yürüş keçiriblər ki, bu da onun qismən bağlanmasına səbəb olub. Ticarət mərkəzinin yaxınlığında polis patrulları var. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma qeydə alınmayıb. Mitinqdə müxalifət nümayəndələri də iştirak edir.

Fevralın 2-də Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib ki, Tbilisinin girişində nəqliyyatın qarşısını almaq cinayət sayılacaq.

"İctimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub və bütün aksiya obyektlərində olacaqlar", - nazirlikdən bildirilib.

Избранный
14
publika.az

1Источники