RU

Çezare Kasadey “Çelsi”ni “Torino”ya dəyişdi - 13 milyonluq keçid

İngiltərənin “Çelsi” klubunun mərkəz yarımmüdafiəçisi Çezare Kasadey bundan sonra “Torino”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İtaliya klubu bu transferi 13 milyon avroya rəsmiləşdirib. 22 yaşlı italiyalı futbolçu Turin təmsilçisi ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Xatırladaq ki, Çezare Kasadey 2022-ci ilin avqustunda 14,86 milyon avroya “İnter”dən “Çelsi”yə keçmişdi. O, London klubunun əsas komandasında 17 oyuna çıxsa da, fərqlənə bilməyib.

Kasadey “Çelsi”də olduğu müddətdə “Lester Siti” və “Ridinq” klublarında icarədə də çıxış edib. 22 yaşlı yarımmüdafiəçi İtaliyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Избранный
21
arena.az

1Источники