Son zamanlar “TikTok”un Türkiyə və Azərbaycan seqmentində populyarlaşan “Havhavhav” mahnısı ilə bağlı Türkiyə Prezidentinin mətbuat xidmətinə (CİMER) şikayətlər ünvanlanıb.
Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV-də xəbərlər yayılıb.
Türkiyə hakimiyyətinə daxil olan sorğuda sözügedən mahnının yayımdan çıxarılması tələb olunub.
Şikayətə mahnının gənclərə pis nümunə olması səbəb göstərilib.