RU

Ankara ilə Şam arasında nəhəng müdafiə razılaşması- Türkiyə Suriyada iki hərbi baza qurur, 50 ədəd F-16 göndərir…

Image

Türkiyə Əsəd rejiminin devrilməsindən sonra Suriyanın ayağa qalxması üçün daha bir addım atmaq ərəfəsindədir. Ərəb mediası yazır ki, bölgədə iki türk hərbi bazasının yaradılması ilə bağlı razılıq əldə olunub. 

İddialara görə, yaxın vaxtlarda Türkiyə ilə Suriya arasında ortaq müdafiə sazişi imzalanacaq. Qeyd edilir ki, Türkiyənin bölgədə iki hərbi baza qurmasını ehtiva edən saziş yaxın vaxtlarda imzalanacaq.

Məlumata görə, razılaşma çərçivəsində Türkiyə ani təhlükə ilə üzləşəcəyi təqdirdə Suriyaya hərbi yardım göndərəcək. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ordusu və onun pilotlarının təlimini öz üzərinə götürəcək. Bundan başqa, Türkiyənin Suriyada quracağı iki bazaya, Suriya Hərbi Hava Qüvvələri yenidən formalaşdırılana qədər ölkənin suverenliyini hədəfə ala biləcək hər hansı bir hücumun qarşısını almaq üçün 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdiriləcək.

Bu arada, Türkiyə mediası yazır ki, Suriyanın keçid prezidenti elan edilən Əhməd Şara prezident Rəcəb Tayyib Ərdoğanın qrafiki uyğun gələrsə, fevralın 4-ü və ya 5-i Türkiyəyə gələcək. Şara ilə görüşdə Türkiyənin Suriyanın inkişafına verəcəyi dəstək də gündəm maddələrindən biri olacaq.

Tahir TAĞIYEV





Избранный
15
baki-xeber.com

1Источники