RU

Beynəlxalq Cüdo Federasiyası Olimpiya çempionu Hidayət Heydərovu və baş məşqçi Riçard Trautmanı mükafatlandırıb

Bakı. Trend:

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışAzərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasıtərəfindən “İlin kişi cüdoçusu”, milli komandanın baş məşqçisiRiçard Trautman isə "Ən yaxşı kişi komanda məşqçisi" adına layiqgörülüb.

Trend xəbər verirki, H.Heydərov çıxışı zamanı bu mükafata layiq görüldüyü üçünxoşbəxt olduğunu bildirib: "Bu mükafat təkcə mənim deyil, bütünAzərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük komanda durur.Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkküredirəm”.

R.Trautman isə belə əzmkar atletlər, peşəkar məşqçilər vəinanılmaz komanda ilə çalışmağın böyük şərəf olduğunu qeyd edib:"Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm. Sadəcə mən yox,hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.

Beynəlxalq
Beynəlxalq
Избранный
19
15
az.trend.az

5Источники