“Turan Tovuz” klubu futbolçusu Oto Conla yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Turan Tovuz” hücumçunun transferi ilə bağlı Liviya təmsilçisi “Al Madina” ilə razılıq əldə edib.
Qeyd edək ki, Oto Con Tovuz klubunun heyətində 56 dəfə oyuna çıxıb.
İdman.biz