Müğənni Əlikram Bayramov keçirdiyi ağır avtomobil qəzalarından danışıb.
Parol.az xəbər verir ki, müğənni dəfələrlə ölümlə üz-üzə gəldiyini bildirib.
Müğənni düz üç dəfə ağır qəza keçirdiyi sözlərinə əlavə edib. Əlikram qəzaya düşdüyü avtomobilin xurd-xəşil olduğunu qeyd edib.
"Ölümdən qayıtdım. 6 ay bir dəfə yerdə yatdım, 2 ay bir dəfə, 4 ay da bir dəfə. Çox böyük qəzalar keçirmişəm. Mən ölümdən qayıtmışam. Ansambulda udarnikçalanın boynu sındı, 8 ay xəstəxanada yatdı. O toy bərbad oldu, hər şey... O anları yaşamışam, indi də gözümün önünə gəlir".
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!