RU

ABŞ-ın keçmiş maliyyə nazirindən gömrük rüsumu xəbərdarlığı

ABŞ prezidenti Donald Trampın tarif (gömrük rüsumu) qərarı, hədəf ölkələrdə olduğu kimi, öz ölkəsində də tənqidlərə səbəb olub.

Marja xəbər verir ki, ABŞ-ın keçmiş maliyyə naziri Larri Summers sosial media hesabında paylaşdığı məlumatda rüsumların mənfi təsirləri ilə bağlı qiymətləndirmələr edib.

Sammers bildirib ki, tariflər avtomobillərin, yanacağın və insanların aldığı hər şeyin qiymətini qaldıracaq. Onun sözlərinə görə, tariflər istehlakçılara ötürüldükcə və sonra digər şirkətlər rəqiblərinin yüksək qiymətlərinə uyğunlaşmaq üçün qiymətləri qaldırdıqca, bu, Amerika şirkətlərini daha az rəqabətqabiliyyətli edəcək və iş yerlərinə zərər verəcək.

Summers həmçinin qeyd edib ki, ABŞ ixracatının çox hissəsi idxal olunan xammallardan ibarətdir.

Sammers bildirib ki, gömrük rüsumu tətbiq edilən ölkələr cavab tədbirləri görməyə məcbur olacaqlar. O, əlavə edib ki, tariflər Meksika iqtisadiyyatını sabitsizləşdirərək cənub sərhədində miqrasiyanı artıra bilər.

Sammers qeyd edib ki, əgər ABŞ tariflər tətbiq etməklə hədələməkdə davam edərsə, digər ölkələr ABŞ-ı pis tərəfdaş kimi görəcək və bu, iqtisadiyyata və milli təhlükəsizliyə xələl gətirəcək.

Избранный
29
marja.az

1Источники