RU

Avropa liderləri Avropa İttifaqının müdafiəsini gücləndirməyi nəzərdən keçirəcəklər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları bazar ertəsiBrüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Avropanın müdafiəsinigücləndirməyi müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının sədriAntoniu Koşta Aİ-yə üzv ölkələrin liderlərinə görüşə dəvətməktubunda yazıb.

"Bu görüşün məqsədi qəbul etməli olacağımız qərarlar üçün zəminhazırlamaq və (Avropa) Komissiyasına və (Aİ Xarici İşlər vəTəhlükəsizlik Siyasəti üzrə) Ali Nümayəndəyə birgə müdafiətəşəbbüslərini və onları inkişaf etdirmək üçün lazım olanresursları əhatə edən Avropa müdafiəsinin gələcəyinə dair “AğKitab”ın hazırlanması prosesində tövsiyələr verməkdir", - deyə obildirib.

O, həmçinin bu ilin iyununda Aİ-nin rəsmi sammitində müdafiəməsələlərinin müzakirə ediləcəyini bildirib.

Избранный
17
az.trend.az

1Источники