RU

Juninyo "Flamenqo" klubu ilə ilk titulunu qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya keçən Olavio Juninyo Braziliya klubu ilə ilk titulunu qazanıb.
Oxu.Az xəbər verir ki, ötən gecə "Botafoqo" ilə "Flamenqo" arasında keçirilən Braziliya Super Kubokunun final görüşü "qırmızı qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo görüşün 80-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, qarşılaşma 15-ci dəqiqədə hesab 1:0 "Flamenqo"nun xeyrinə olarkən dayandırılıb. Aramsız yağan yağış səbəbindən meydança matçı davam etdirmək üçün yararsız hala düşüb. Hakimlər bir saat sonra qarşılaşmanın yenidən davam etdirilməsinə icazə veriblər.
Избранный
5
oxu.az

1Источники